DİN ceyran oğruları barədə məlumat yaydı
26 dekabr 2016 13:12 (UTC +04:00)

DİN ceyran oğruları barədə məlumat yaydı

0

Daxili İşlər Nazirliyi Salyan rayonunda ceyran oğurlamış şəxslərlə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 24-də Şirvan Milli Parkının əməkdaşları  - Şəkərli kənd sakinləri Səyyar Nəcəfovun, İntiqam Ağasıyevin və İslam Rzayevin həyətyanı sahələrinə baxış zamanı 10 ədəd ceyran dərisi, 5 ceyran kəlləsi, 1 baş diri ceyran balası və 1 ədəd "TOZ-16" markalı tüfəng aşkar edilərək götürülüb. Hər 3 şəxs tutulub.

 

 

Faktla əlaqədar cinayət işi başlanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar