Daxili İşlər Nazirliyi Bakıda baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, martın 24-də Sabunçu rayonu Zabrat-1 qəsəbəsinin ərazisində Ağsu rayon sakini Kamil Fərəcov qisas məqsədi ilə tüfəngdən atəş açaraq qəsəbə sakinləri Yaqub Musayevə və Pərvin Mehdiyevə xəsarət yetirib hadisə yerindən qaçıb. Nəticədə Y.Musayev ölüb, P.Mehdiyev isə xəstəxanaya yerləşdirilib.
Kamil Fərəcov martın 25-də könüllü olaraq Ağsu RPŞ-yə gələrək təslim olub və hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olan "Churcill" markalı tüfəngi polisə təhvil verib.