Xəzər dənizinin Azərbaycan ərazisində çürümüş qız meyiti tapılıb.
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə Xəzər dənizinin Xaçmaz rayonuna düşən sahilində qeydə alınıb.
İyulun 11-də Xaçmaz rayonunun Turist kəndi ərazisində, Xəzər dənizinin sahilində bədəninin bir hissəsi çürüməyə məruz qalmış 10-15 yaşlı qız uşağının meyiti aşkar edilib. Hadisə yerinə Rayon Prokurorluğunun və polis şöbəsinin əməkdaşları çıxıb.
Hazırda meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.