Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.
Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 36 yaşlı Rəna Kazımova yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.