Daha bir rəzillik: ata doğma qızını zorladı
28 noyabr 2013 13:18 (UTC +04:00)

Daha bir rəzillik: ata doğma qızını zorladı

“Pişik balasını sevdiyindən yeyir, mən də elə”

 

Azərbaycanda biabırçı hadisə baş verib. Xəzər rayon sakini 20 yaşlı qızına qarşı seksual xarakterli hərəkətlər edib. Vesti.az-ın məlumatına görə, bu barədə Xəzər rayon Polis İdarəsindən bildiriblər.

Məlumata görə, rayonun 1-ci polis bölməsinə 20 yaşlı F.N. (adı etik səbəblərdən açıqlanmır) müraciət edib və 1971-ci il təvəllüdlü atası A.N.-in onu iyrənc formada zorladığını bildirib.

İlkin araşdırma zamanı müəyyən olunub ki, noyabrın əvvəlində qızına zəng edərək, evinə çağırıb.

F.N. kişinin ilk nikahdan olan doğma qızıdır. Sonradan kişi təkrar evlənib və onun daha iki uşağı dünyaya gəlib. F.N. atasının xahişini yerinə yetirib və onun yanına gedib. Evdə atasından başqa heç kim yox imiş. Kişi qapını bağlayaraq, qızı ilə cinsi əlaqəyə girib. Bundan üç gün sonra qız zorlama faktı ilə bağlı polisə müraciət edib.

Bilidirilir ki, məhkəmə-tibbi ekspertiza zamanı qızın bədənində seksual əlaqənin izlərindən başqa, həmçinin kişinin bədənində heç bir zədə aşkarlanmayıb. Bu, qızın atasına müqavimət göstərməməyindən xəbər verir. Müəyyən olunub ki, gənc qızın bakirəliyi pozulmayıb.

Lakin qızın sözlərinə görə, cinsi əlaqə zamanı atası onun əllərindən tutub, ayaqlarını elə sıxıb ki, o, müqavimət göstərə bilməsin.

Noyabrın 25-də polis həmin şəxsi həbs edib. Atanın hərəkətləri Azərbaycan CM-in 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan 150.1-ci maddəsi (seksual xarakterli zorakı hərəkətlər) ilə tövsif olunub.

Saxlanılan şəxs əvvəlcə günahını etiraf etməsə də, istintaq orqanları onun qızı ilə danışıqlarının əks olunduğu telefon yazılarını təqdim ediblər. Bu zaman A.N. bəyan edib ki, hərəkəti qızını çox sevdiyi üçün edib:

“Pişik balasını çox istədiyindən yeyir, mən də eləcə” – deyə, o, dindirmə zamanı bildirib. 

Eyni zamanda polislər baş vermiş hadisədə təkcə atanı yox, qızı da günahkar bilirlər. Məlum olub ki, o, əvvəllər də qızına sataşırmış, lakin onun hərəkətləri sonuncu dəfə olduğu kimi kobud deyilmiş. Buna görə də, qız, atasından ehtiyatlı olmalı və ondan uzaq gəzməli imiş.

Bundan başqa, məlumdur ki, A.N. əvvəllər odlu silah saxlamaq və gəzdirməyə görə həbsdə olub. Hazırda onun adı Sabunçu rayon Polis İdarəsində qaldırılmış cinayət işində keçir. Güman olunur ki, bu şəxs avtomobil qaçırıb.
Xəzər RPİ-nin əməkdaşları baş vermiş hadisə ilə bağlı fikirlərini bölüşüblər:

“Biz hara gedirik? Cəmiyyətdə internetin peyda olması ilə başlayan deqradasiya müşahidə olunur. Azyaşlıların pornoqrafik saytlarla dolu olan internetə sərbəst çıxışları təkcə uşaqlara deyil, həm də böyüklərə pis təsir göstərir. İnsanlar heyvana çevrilirlər, instinkt ağıla üstün gəlir” – deyə, polisdən qeyd ediblər.  

Düzü, belə çirkin hallar haqqında yazmaq istəmirsən. Digər tərəfdən isə, yazmamaq da olmur. İnsanlar bu şərlə mübarizə aparmaq üçün ətraflarında nələrin baş verdiyini anlamalıdırlar. Belə hadisələri eşidərkən ölkədə ölüm hökmünün ləğvindən çox heyfsilənirsən. A.N. kimi əclaflara qarşı yalnız ən ağır cəza vermək lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10785
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21