Cinayətkar dəstənin daha bir üzvü tutulub
28 mart 2014 12:46 (UTC +04:00)

Cinayətkar dəstənin daha bir üzvü tutulub

0

Bakıda axtarışda olan daha bir nəfər tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi,  Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tural Bağırova və Şahin Abbasova məxsus  mağazalardan oğurluq etmiş qrupun digər üzvü - Bakı şəhər sakinləri Kənan Qasımlı tutulub.  Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun, Bakı şəhər sakini Tural Cavadzadə ilə birgə fevralın 24-də Əli Məmmədova məxsus “Volkswagen” markalı avtomobildən 5350 manat pul və mobil telefon oğurlamaları da müəyyən edilib.

 


Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində T.Cavadzadə tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 693

Oxşar yazılar