Avqustun 5-də Bakı şəhərinin Sabunçu rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 20 radələrində Nardaran qəsəbəsində çimərlikdə yerləşən kafedə Yusif Qafarov adlı şəxsi elektrik cərəyanı vurub. Y.Qafarov hadisə yerindəcə keçinib.
Faktla əlaqədar araşdırmalar aparılır.