Cəlilabadda qanlı olay: armatur 17 yaşlı oğlanın qarnına girdi - <span style="color:red;">YENİLƏNİB
16 mart 2014 11:16 (UTC +04:00)

Cəlilabadda qanlı olay: armatur 17 yaşlı oğlanın qarnına girdi - YENİLƏNİB

0

Azərbaycanın Cəlilabad rayonunda 17 yaşlı məktəblinin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.  Hərəkətdə olan qoşqulu traktorun yük hissəsindəki  armatur kənd sakini Arif Nəsirovun idarə etdiyi motosikletin arxa tərəfində dayanmış 17 yaşlı Nurlan Əliyevin qarın nahiyəsinə batıb. Yaralı dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və onun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Bununla belə hazırda N.Əliyevin vəziyyəti ağır olaraq qalmaqdadır.

 

İlkin versiya kimi hadisənin traktorun sürücüsünün təhlükəsizlik qaydalarına düzgün riayət etməməsi səbəbindən baş verdiyi bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2457

Oxşar yazılar