Cəlilabadın Mikayıllı kənd sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində baxış zamanı onun üzərindən narkotik vasitə olan heroin, həmçinin, “Zastava-M70” markalı avtomat, 1 patron darağı və 25 ədəd patron aşkar edilib.
Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.