Bu il 244 nəfər dəm qazından, 823 nəfər dərmandan zəhərlənib
13 oktyabr 2016 14:01 (UTC +04:00)

Bu il 244 nəfər dəm qazından, 823 nəfər dərmandan zəhərlənib

Yay mövsümündə ilan sancması ilə əlaqədar 82 nəfər, qara qurd sancması ilə əlaqədar isə 10 nəfər Klinik Tibbi Mərkəzə gətirilib.

 

APA-nın xəbərinə görə, bunu Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. O bildirib ki, avqust-sentyabr aylarında zəhərli göbələklərdən zəhərlənmə ilə bağlı 5 nəfər mərkəzə müraciət edib. 

 

A. Maqsudov qeyd edib ki, bu ilin 9 ayı ərzində ümumilikdə 1730 nəfər müxtəlif zəhərlənmələrlə toksikologiya şöbəsinə müraciət edib və onlardan 1605 nəfər qəbul olunub. Zəhərlənənlərdən 244-ü dəm qazından, 74-ü spirtli içkidən, 823 nəfər isə dərmandan zəhərlənib.

 

Şöbə müdirinin sözlərinə görə, toksikoloji zəhərlənmələrdən ölüm halı ötən illə müqayisədə bu il azalıb. Belə ki, ötən ilin 9 ayı ərzində 46 ölüm halı qeydə alınmışdısa, bu il ölüm göstəricisi 39 olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 191
avatar

APA Baycan

Oxşar yazılar