Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə müraciət daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri yerinə cəlb olunaraq mənzilin qapısını açıb və vətəndaşı huşsuz vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Bundan başqa Bakı şəhəri, Xətai rayonunda da 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə müraciət daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1944-cü il təvəllüdlü İlina İnna İvan qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.