Bir gündə iki piyada qəzada ölüb
28 yanvar 2017 16:12 (UTC +04:00)

Bir gündə iki piyada qəzada ölüb

0

 

Bakının Nizami rayonunda bir gündə iki piyada ölüb. Lent.az-ın daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, yanvarın 27-də saat 18 radələrində paytaxtın Nizami rayonunun E. Süleymanov küçəsində Bakı şəhər sakini Səidə Əlixanova idarə etdiyi "Hyundai" markaklı avtomobillə yolu keçən paytaxt sakini Mirfəda Həşimovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

 

Həmçinin, yanvarın 27-də saat 06 radələrində paytaxtın Nizami rayonunun H. Əliyev prospektində Bakı şəhər sakini Elxan Hüseynov idarə etdiyi "BMW" markaklı avtomobillə yolu keçən paytaxt sakini Sürəyya Mürsəlovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

 

Nizami RPİ tərəfindən hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar