Binəqədidə sex, Suraxanıda mağaza yandı
29 sentyabr 2016 10:09 (UTC +04:00)

Binəqədidə sex, Suraxanıda mağaza yandı

0

 

Bakının Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 m² olan avtomobil təmir sexinin  lambirindən ibarət tavanı və dam örtüyünün yanar konstruksiyaları 8 m² sahədə yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Bakının Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 m² olan meyvə-tərəvəz satışı mağazasında isə 1 ədəd kondisioner yanıb. Mağaza yanğından mühafizə olunub. Yanğın saat 07:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 449

Oxşar yazılar