Biləsuvarda iki nəfəri bıçaqlayan şəxs tutuldu
28 noyabr 2016 14:02 (UTC +04:00)

Biləsuvarda iki nəfəri bıçaqlayan şəxs tutuldu

0

Biləsuvar rayonunda bıçaqlanma olub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 27-də Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində kənd sakini Natiq Hüseynov münaqişə zəminində həmkəndliləri Mikayıl Məmmədova və Savalan Zeynalova bıçaqla xəsarət yetirib. Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Hüseynov tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar