Beş otaqlı ev yandı, yaralı var
01 fevral 2017 04:48 (UTC +04:00)

Beş otaqlı ev yandı, yaralı var

0

Masallıda yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun İsgəndərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 162 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evdə baş verib. Nəticədə evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 90 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alaraq aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar