Dekabrın 2-dən Belarusun Azərbaycandakı səfirliyi yeni ünvanda fəaliyyət göstərməyə başlayacaq.
Belarus Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, həmin tarixdən etibarən diplomatik nümayəndəlik Bakının Xətai rayonunda, Nəcəfqulu Rəfiyev-küçəsi 8 ünvanında fəaliyyət göstərəcək.
Qeyd edək ki, səfirliyin yeni binasının açılışı Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilib. Səfirlik bundan əvvəl Nərimanov rayonu, Kral Hüseyn küçəsi-64 ünvanında yerləşib.