BDU rektorunun "Facebook" profili saxta çıxdı
01 fevral 2014 17:29 (UTC +04:00)

BDU rektorunun "Facebook" profili saxta çıxdı

Bakı Dövlət Universiteti bu təhsil ocağının rektoru Abel Məhərrəmovun adına açılmış «Facebook» səhifəsi ilə bağlı açıqlama verib.

Universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova APA-ya bildirib ki, A.Məhərrəmov «Facebook» sosial şəbəkəsində qeydiyyatdan keçməyib: «Bu gün bəzi KİV-də Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmova məxsus «Facebook» profilində hansısa statusun yazıldığı barədə məlumatlar yayılıb. Bildirmək istəyirəm ki, rektor Abel Məhərrəmovun belə bir səhifəsi yoxdur və həmin profil saxtadır».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1576

Oxşar yazılar