Salyan rayonunda quldurluq hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 1-də Səməd Səmədova məxsus mağazanın qapısını sındırıb gözətçi Xanbala Bağırovu döyərək əl-qolunu bağlayıb oradan 650 manat pul, danışıq kartları, tütün məmulatı və ərzaq məhsulları aparmış Şirvan şəhər sakinləri Cavid Cəfərov və Asif Nadirov tutulublar.
Hər iki şəxs ətrafında araşdırmalar davam etdirilir.