Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 2-də Balaxanı Məişət Tullantıları Zərərsizləşdirilməsi Poliqonunda Hacıağa Vəliyevin ölümü ilə bağlı yeni faktlar üzə çıxıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, araşdırmalar nəticəsində məlum olub ki, H.Vəliyev həmin gün poliqonda Bakı şəhər sakini Elxan Məmmədovun idarə etdiyi traktorla vurulub.
Araşdırmalar davam etdirilir.