Ötən gecə Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan iaşə obyektinin yanar konstruksiyaları və əşyaları yanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 05:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.