Bakının Nəsimi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 22-ci PB-nin keçirdiyi əməliyyat tədbiri nəticəsində noyabrın 29-u saat 22 radələrində Artur Vadimoviç Kolesnikov Vidadi küçəsindəki mənzilində Bakı şəhər sakini Rinat Şahliyevə bıçaq xəsarəti yetirməkdə şübhəli bilinərək yaxalanıb.
Hadisənin səbəbləri araşdırılır.