Bakı şəhərinin Sabunçu rayonu ərazisində silah-sursat tapılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşları tərəfindən noyabrın 20-də Balaxanı qəsəbəsi Təmiz Şəhər ASC-nin ərazisindən 1 ədəd tank əleyhinə mina, 3 ədəd patron və 1 ədəd “Voltran” tipli tapança tapılıb.
Araşdırmalar aparılır. Qeyd edək ki, silah-sursatlar zibilyığan avtomobil vasitəsi ilə əraziyə gətirilib.