Bakıda zəncirvarı yol qəzası baş verib  - <span style="color:red;">YENİLƏNİB
13 mart 2014 09:42 (UTC +04:00)

Bakıda zəncirvarı yol qəzası baş verib - YENİLƏNİB

0
 Bu gecə Bakının Nobel prospektində zəncirvarı yol qəzası baş verib.

 

APA TV-nin məlumatına görə, prospektlə hərəkətdə olan "Volkswagen" markalı avtomobilin sürücüsü qadağan olunan yerdən Ramiz Quliyev küçəsinə dönmək istəyib.

 

Lakin maşının sürəti yüksək olduğundan, sürücü idarəetməni itirib və Nobel prospektinin əks istiqamətində işıqforda dayanmış "Mercedes-Benz” markalı avtomobilə çırpılıb.

 

Zərbənin gücündən "Mercedes" işıqforda dayanan "Chevrolet" markalı başqa bir maşına dəyib.

 

Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin "Volkswagen" və "Mercedes"ə ciddi ziyan dəyib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1005

Oxşar yazılar