Bakı şəhərinin Səbail rayonu ərazisində mənzildən xarici ölkə vətəndaşının meyiti tapılıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bayıl qəsəbəsi, Əlibəyov qardaşları küçəsi 25/17 ünvanından Ukrayna Respublikasının vətəndaşı, 1957-ci il təvəllüdlü İvanova Mella Rakovskayanın üzərində zorakılıq əlamətləri olmayan meyiti tapılıb.
Faktla əlaqədar ekspertizalar təyin edilib, araşdırma aparılır.