Bakıda törədilmiş dəhşətli qətlin üstü açılıb
13 mart 2014 12:16 (UTC +04:00)

Bakıda törədilmiş dəhşətli qətlin üstü açılıb

0

Azərbaycanda gözətçini öldürdükdən sonra meyitini yandıran şəxs həbs edilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə,  yanvarın 24-də paytaxtın Ağa Nemətulla küçəsi, 50 ünvanında yerləşən dayanacaqda, 1959-cu il təvəllüdlü Mikayıl Ağakərim oğlu Əsədovu bıçaqlayaraq qətlə yetirən, daha sonra meyitini yandıran şəxsin Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Vidadi Xankərəm oğlu Umudov olması müəyyənləşib. V. Umudov saxlanılıb.

 

Qeyd edək ki, yanvarın 24-də Bakı şəhərində yanmış meyiti tapılan gözətçinin üzərində bıçaq xəsarəti aşkar edilib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, yanvarın 24-də saat 07.00 radələrində Bakının Nərimanov rayonunda, Ağa Neymətulla küçəsindəki avtodayanacağın gözətçi otağında yanğın baş verib. Yanğın söndürüldükdən sonra oranın gözətçisi Mikayıl Əsədovun üzərində bıçaq xəsarətləri olan yanmış meyiti tapılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1439

Oxşar yazılar