Bakıda təcili yardım maşınları köməksiz vəziyyətdə qalıb
03 fevral 2014 10:14 (UTC +04:00)

Bakıda təcili yardım maşınları köməksiz vəziyyətdə qalıb

Fevralın 3-nə keçən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Suraxanı rayonunda Təcili Tibbi Yardım Stansiyasının xidməti avtomobili hava şəraiti ilə əlaqədar köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi texnika və vasitələrlə avtomobili təhlükəsiz əraziyə çıxararaq hərəkətini davam etdirməsini təmin edib, həmçinin avtomobil yolunun həmin hissəsini qardan təmizlənib. Əməliyyat saat 01:19-da başa çatıb.

 

Bundan başqa gecə saatlarında Abşeron rayonunda Təcili Tibbi Yardım Stansiyasının və Sabunçu rayonunda Təcili Tibbi Yardım Stansiyasının xidməti avtomobili çıxılmaz vəziyyətdən xilas edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 915

Oxşar yazılar