Bakıda saxta sənədlə avtomobil satan qruplaşma aşkarlanıb
21 noyabr 2013 13:04 (UTC +04:00)

Bakıda saxta sənədlə avtomobil satan qruplaşma aşkarlanıb

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxta sənədlə girovda olan avtomobilləri satan qruplaşma üzvlərini müəyyən edib. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini Nəsib Gülməmmədov və Cəbrayıl rayon sakini Mirbaba Səfərovun “Bank of Baku” ASC-nin ipoteka müqaviləsi ilə girov altında olan 3 ədəd “Kia-Optima”, 1 ədəd “Kia-Sorento”, 1 ədəd “Jeep Grand Cherokee” və 1 ədəd “Hyundai” markalı avtomobillərin “Bank of Baku” ASC-nin adından Baş Dövlət Yol Polisinin ünvanına saxta məktublar tərtib etməklə həmin avtomobilləri girovdan çıxarmaları və aldatma yolu ilə digər şəxslərə satmaları müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1713
avatar

Oxşar yazılar