Bakıda quldurluqla məşğul olan şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 5-də Bakı şəhər sakini Şahmar Mansurovun pulunu və mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakinləri Vasif Vəlizadə, Zaur Əhmədov və Həsən Muradov tutulublar.
Araşdırma aparılır.