Bakıda yol qəzasında ağır xəsarət alan qadın vəfat edib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən il mart ayının 17-də paytaxtın Nizami rayonunun Çobanzadə küçəsində Bakı şəhər sakini Ülviyyə Yaqubova idarə etdiyi “Volksvagen” markalı avtomobillə yolu keçən paytaxt sakini Ramil Yusifovu vurub. R.Yusifov bu il yanvarın 24-də evində ölüb.
Nizami RPİ tərəfindən araşdırma aparılır.