Bakıda polis yol qəzasının qurbanı oldu
04 yanvar 2016 11:46 (UTC +04:00)

Bakıda polis yol qəzasının qurbanı oldu

0

Bakının Nizami rayonu ərazisində baş verən yol qəzası nəticəsində polis əməkdaşı dünyasını dəyişib. Lent.az-ın virtualaz.org-a istinadən məlumatına görə, bunu Nizami Rayon Polis İdarəsindən bildiriblər.

 

Yanvarın 4-nə keçən gecə, saat 00.50-də Füzuli küçəsindəki 69 saylı binanın qarşısında Seyran Seyidovun idarə etdiyi "Kia Cadenza" Nəsimi Rayon Mühafizə İdarəsinə məxsus "Volswagen Polo" markalı xidməti maşınla toqquşub.

 

Nəticədə "Volswagen Polo"nun sürücüsü, polis serjantı, 1984-cü il təvəllüdlü Şirinov İsa Süleyman oğlu hadisə yerində keçinib, onun sərnişini-1982-ci il təvəllüdlü Ələkbərov Bəhram Əzizağa oğlu isə beyin-kəllə xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

 

Hazırda qəzanın təfərrüatları araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 287

Oxşar yazılar