Bakıda kafedən oğurluq edən şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən il dekabr ayının 31-nə küçən gecə Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində Bakı şəhər sakini Rəşid Əbilova məxsus kafedən qapının qıfılını sındırmaq yolu ilə 2 ədəd müşahidə kamerası, 1 ədəd yaddaş qurğusu, modem və televizor oğurlanıb.
Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Tahir Dadaşov, İsmayıllı rayon sakinləri İlkin Hüseynov, Vüqar Yedigarov və qardaşı Kamran tutulub.
Araşdırma aparılır.