Bakıda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 4-də paytaxtın Nizami rayonunun Qara Qarayev prospektində Azad Xəlilova məxsus mağazadan geyim əşyaları oğurlamağa cəhd göstərmiş Bakı şəhər sakinləri Murad Ömərov, Allahverdi Bəşirov, Nüsrətdin Nəcməddinli və qardaşı Məhəmməd Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 25-ci PB-yə təhvil veriliblər.
Araşdırma aparılır.