Bu gün Bakı metropoliteninin “Nəsimi” stansiyası yaxınlığında qadının boyunbağısını oğurlayan şəxs tutulub. Lent.az-ın məlumatına görə, Anar Tağıyev adlı “facebook” istifadəçisi profilində qeyd edib ki, saat 11:30 radələrində "Nəsimi" metrosunun qarşısında yanında uşaq olan bir qadın qışqıraraq imdad istəyib. Ətrafdakılar 30-35 yaşlı şəxsin qadının boyunbağısını qoparıb qaçmaq istədiyini görüb: “Hamı oğrunun dalınca qaçdı. Binəqədidəki bağçalardan birində onu yaxaladılar. Polis isə hələ gözə dəymirdi”.