Bakıda MMC-yə külli miqdarda ziyan vuranlar tutuldu - <span style="color:red;">FOTOLAR
21 dekabr 2017 10:18 (UTC +04:00)

Bakıda MMC-yə külli miqdarda ziyan vuranlar tutuldu - FOTOLAR

 

Ölkənin əsas strateji  yolları və  körpülərində quraşdırılan divar işıqları, elektrik naqillərinin oğurlanması hallarının qarşısının alınması, həmçinin, bu qanunsuz əməlləri törədən şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirilib. Lent.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinə rayon ərazisində yol kənarında divara quraşdırılan 29 ədəd işıq plafonunun naməlum şəxslər tərəfindən sökülərək oğurlanması barədə məlumat daxil olub. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Vüqar Mustafayev, İlham Əhmədov və Nizami Cəbrayılov saxlanılıb.

 

Aparılan araşdırmalar zamanı onların əlavə olaraq noyabr-dekabr ayları ərzində Bakı Elektrik Şəbəkəsinə məxsus 140 metr elektrik naqilini, “Bakı Abadlıq Xidməti” MMC-nin balansında olan 27 ədəd divar işığı və 141 ədəd spot işıqlarını oğurladıqları da müəyyən edilib. Saxlanılan şəxslər ifadələri zamanı oğurladıqları əşyaları əlvan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər.

 

Qeyd edilən faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 234
avatar

Oxşar yazılar