Bakıda mənzildə 77 yaşlı qadının meyiti tapılıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1939-cu il təvəllüdlü Kilisova Aqasiya İlariovnnanın meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.