Bakıda mənzil yanıb: 4 yaralı
07 dekabr 2013 13:10 (UTC +04:00)

Bakıda mənzil yanıb: 4 yaralı

HadisəBakıda yaşayış evində baş verən yanğında bir ailənin dörd üzvü xəsarət alıb.


 

Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, dekabrın 6-da saat 06 radələrində Binəqədi rayonu Sulutəpə qəsəbə sakini Firudin Şəkərəliyevə məxsus 1 otaqlı evdə yanğın baş verib. Nəticədə yanar konstuksiyalar yanıb, orada kirayədə yaşayan Gəncə şəhər sakini Tural Behbudov, arvadı Telnaz, oğlu Vüqar və qızı Gülər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

 

# 509
avatar

Oxşar yazılar