Bakıda yol qəzasında yaralanan qadın vəfat edib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, ötən il dekabrın 27-də Yasamal rayonu ərazisindəki Kənar dairəvi yolda Lənkəran rayon sakini Boyli Məlikzadə idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Füzuli rayon sakini Məlahət Vəliyevanı vurub. Xəstəxanaya yerləşdirilən M.Vəliyeva yanvarın 29-da orada ölüb.
Faktla əlaqədar cinayət işi başlanılıb.