Bakıda yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış qadın ölüb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 2-də saat 22 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Tahir Qaybalıyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Səriyyə Əliyevanı vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada oktyabrın 6-da orada ölüb.
Araşdırma aparılır.