Bakıda silsilə oğurluqlar törətmiş şəxs tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin mart-aprel ayları ərzində Bakı şəhər sakinləri Cəmilə Rəhmanovaya məxsus “Volkwagen”, Əlimurad Qədirova məxsus “Toyota”, Cəmilə Əfəndiyevaya məxsus “Land Cruiser”, Sayqa Məmmədovaya məxsus “Kia”, Məmməd İsmayılova məxsus “Mercedes”, Anar Nəzərova məxsus “Mitshubishi” və Emin Quliyevə məxsus “BMW” markalı atomobillərdən pul, sənəd, qızıl və məişət əşyaları oğurlamış Ağdam rayon sakini Zamin Aslanov tutulub.
Z.Aslanov ətrafında araşdırmalar aparılır.