Bakıda yanğın olub.
Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 400 m2 (hər mərtəbəsi 200 m2 ) olan ikimərtəbəli elektrik-qaz cihazları anbarının dam örtüyünün yanar konstruksiyaları və içərisində olan elektrik-qaz cihazları yanıb. Yaxınlıqdakı anbarlar yanğından mühafizə olunub. Yanğın saat 09:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.