Daxili İşlər Nazirliyi Çevik Polis Alayı və Binəqədi RPİ 7-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rəşad Cəfərlidən narkotik vasitə və bir neçə saxta sənəd götürülüb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, R.Cəfərlidən öz adına olan 1 ədəd Xəzər RPİ PPXB-nin polis serjantı vəsiqəsi, 1 ədəd ÇPA-nın polis serjantı vəsiqəsi, 1 ədəd saxta sürücülük vəsiqəsi, 1 ədəd “Kenwood” markalı rabitə vasitəsi, içərisində saxta sənədlərin fotosürətləri olan flaşkart, 0,267 qram heroin və 5,24 qram marixuana götürülüb.
Araşdırmalar davam etdirilir.