Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları fahişəliklə məşğul olan qadını yaxalayıblar. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə görə Qobu qəsəbə sakini Aygün Məmmədova saxlanılıb.
A.Məmmədova ətrafında araşdırmalar aparılır.