Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları qadın alveri ilə məşğul olan daha bir nəfəri yaxalayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini İradə Balaşova qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılıb.
İ.Balaşova ətrafında araşdırmalar davam etdirilir.