Bakıda və Mingəçevirdə yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə Bakıda yanğın Suraxanı rayonunda ümumi sahəsi 45 m2 birmərtəbəli 2 otaqlı evdə baş verib. Nəticədə evin mətbəxinin yanar konstruksiyaları və dam örtüyü 12 m2 sahədə yanıb. Yüksək temperaturdan 1 otağın lambirindən ibarət tavanı 12 m2 sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Mingəçevir şəhərində ümumi sahəsi 30 m2 olan avtomobil təmiri sexinin lambirindən ibarət üzlüyü 6 m2 sahədə və sexdə təmirə dayanmış “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.