Noyabrın 20-də Bakı şəhərinin Sabunçu rayonu ərazisində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ramana qəsəbə sakini Zemfira Əhmədova evində dəm qazından zəhərlənərək ölüb.
Qeyd edək ki, son günlərdə Bakıda dəm qazından zəhərlənmə hadisələrinin sayı xeyli artıb.