Səbail rayonu, İstiqlaliyyat kücəsində yerləşən barın qarşısında insident baş verib. Əyləncə mərkəzində başlayan mübahisə kütləvi dava-dalaşla nəticələnib. Əvvəllər soyğunçuluq maddəsi ilə saxlanılan və yetkinlik yaşına çatmadığı üçün həbs cəzası almayan 1993-ci il təvəllüdlü İsmət Abıyev barın müştərilərindən birinə xəsarət yetirib. İsmət Abıyev deyib ki, mübahisə etdiyi şəxs ona söyüş söyüb, dava da bunun üstündə düşüb. O, hadisəni sərxoş vəziyyətdə törətdiyini deyib.
Zərərçəkən hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Abıyevi isə ərazidə olan polis əməkdaşları 9-cu polis bölməsinə gətiriblər. APA TV-nin xəbərinə görə, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.