Bakıda avtomobillərdən oğurluq edənlər tutuldu
13 oktyabr 2017 11:15 (UTC +04:00)

Bakıda avtomobillərdən oğurluq edənlər tutuldu

Bakıda oğurluq etmiş şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 11-də Səbail rayonunun İçəri Şəhər Qəsr küçəsində “Toyota” markalı avtomobildən qızıl boyunbağı oğurlanıb. Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Tərlan Əsgərov tutulub.

Bundan başqa oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Turqut Sadıqlının ətrafında Nərimanov RPİ 18-ci PB-nın əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari il avqustun 24-də və sentyabrın 29-da rayon ərazisində 2 avtomobildən pul və sənəd oğurlaması da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 252

Oxşar yazılar