Bakıda avtobusdan düşüb qaçan cibgir tutuldu
14 oktyabr 2017 13:25 (UTC +04:00)

Bakıda avtobusdan düşüb qaçan cibgir tutuldu

Bakıda cibgirlik edən şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 12-də Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində avtobusdan düşən bir nəfərin qaçıb oradan uzaqlaşmağa çalışması, digərinin isə onu təqib etməsi həmin ərazidə xidmətdə olan Post Patrul Xidmətinin əməkdaşlarının diqqətini çəkib və dərhal görülən tədbirlərlə onlar saxlanılıblar. Məlum olub ki, qaçan şəxs xətt avtobusunda digərinin cibindən pul çıxarıbmış.

 

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətirilən həmin şəxslərin Bakı şəhər sakini Feyruz Əbdülbaqiyev və Qusar rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Akif Ağaxanov olmaları məlum olub. Araşdırmalarla A.Ağaxanovun F.Əbdülbaqiyevin cibindən 20 manat oğurlaması müəyyən edilib. A.Ağaxanovun ətrafında aparılan əməliyyat tədbirləri ilə oktyabrın 10-da eyni üsulla Bakı şəhər sakini olan bir qadının  içərisində 100 manat və sənəd olan pulqabısını oğurladığı da müəyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 183
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21