Bakıda oğurluqla məşğul olan şəxs tutulub. Lent.az Baş Mühafizə İdarəsinə istinadən xəbər verir ki, Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları rayonun Ceyhun Səlimov küçəsi, ev 7 ünvanında yerləşən, mühafizə siqnalizasiya sistemləri ilə təchiz olunmuş, “Azərmed” MMC-yə məxsus aptek məntəqəsindən Mərkəzi Mühafizə Məntəqəsinə daxil olan növbəti “həyəcan” siqnalını yoxlayarkən, bu obyektin giriş qapısına oğurluq məqsədi ilə müdaxilə olunduğunu aşkar ediblər. Aptekin daxilində 1100 manat məbləğində pul oğurlayıb qaçmaq istəyərkən Yevlax şəhər sakini, 1998-ci il təvəllüdlü Bəkirov Surac Nurəddin oğlu saxlanılaraq üzərində olan dəmir parça və maddi subutla birlikdə ərazi üzrə 20-ci Polis Bölməsinə təhvil verilib. Polis Bölməsində araşdırma zamanı (obyektdə quraşdırılmış video müşahidə sisteminin yaddaşına baxış keçirilərkən) S.Bəkirovun 13.12.2016-cı il tarixdə saat 05:01 radələrində Nəsimi rayonu Mərdanov Qardaşları küçəsi, ev 98 ünvanında yerləşən “Zeytun 535” aptek məntəqəsindəndə oğurluğa cəhd göstərməsi müəyyən edilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsində araşdırma aparılır.