Dekabrın 8-i saat 18 radələrində Pirallahı-Bakı yolunun Qala qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Abşeron rayon sakini İlham Həşimovun idarə etdiyi «Mercedes» və Bakı şəhər sakini Maarif Əhmədovun idarə etdiyi «VAZ 21011» markalı avtomobillər toqquşub. Nəticədə M.Əhmədov və sərnişini Kamil Atayev xəsarətlə xəstəxanaya daxil olub. Digər sərnişin Əsədulla Əliyev isə hadisə yerində ölüb.
Araşdırmalar aparılır.